top of page

DUBAY 

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən olan Dubay dünyanın ən isti şəhərləri siyahısındadır. Ən soyuq ay yanvardır ki, bu zaman temperatur +19 dərəcə olur. 
Fars körfəzi şəhəri iki yerə bölür, Bar-Dubay və Deyru adlanan hissələrə. Hər iki sahilə körfəz boyunca ABRA adlanan ənənəvi qədim ərəb su taksilərindən istifadə etməklə keçmək olar.
Bürc Xəlifə və ya Bürc Dubay.Göydələn 2008-ci ildə inşa edilib. Dünyada indiyədək inşa edilmiş ən yüksək binadır. 162 mərtəbəli binanın hündürlüyü 828 metrdir. Binanın sonuncu mərtəbəsinə qalxıb, Dubay panoramını izləmək üçün bir neçə gün əvvəldən 100 dirhəm ödəmək lazımdır. Əgər tez çıxmaq istəyirsinizsə, 400 dirhəm, yəni təxminən, 100 dollar ödəməli olacaqsınız. Binada saniyədə 18 metr sürətlə hərəkət edən 50 lift var. Dörd kateqoriya üzrə yüksəkliyinə, hündürlüyünə, hündür damına və binanın çoxmərtəbəli olmasına görə dünyada birinci hesab edilir.
Məşhur fantan
Bu fantan Bürc Xəlifənin yaxınlığında yerləşir. Dünyadakı ən böyük musiqili fontandır. Hər axşam saat 18:30- dan etibarən başlayan şounu izləməkdən ötrü şəhər sakinləri və bütün qonaqlar buraya axın edirlər. Fontanın fışqıran suyu 150 metr yüksəkliyə qədər qalxır. Özünü Şərqin inanılmaz nağıl aləmində hiss etməyi arzulayanlar üçün bunu izləməyə dəyər.
Dünyanın ən isti şəhərlərindən olan Dubaydakı Qış İdman Kompleksində xizəkçiliklə məşğul olmaq imkanı var. 22,5 min kv.km.-iik sahəsi ilə dünyadakı ən böyük qapalı qış idman-əyləncə mərkəzlərinə meydan oxuyan bu qurğu Yaxın Şərqin ilk Qış İdman Kompleksidir. Süni qar örtüyü ilə təchiz olunan kompleks 3 futbol meydanı böyüklüyündədir. İçəridə temperatur -2, -4 dərəcə arasında dəyişir. Eyni anda bura 1500 ziyarətçi daxil ola bilər. "Moll Emirate" ticarət mər- kəzindəki girişi 50 avro olan bu kompleksə bütün turistlər axın edir.
Dubay Ticarət-Əyləncə Mərkəzində, Palma Cumeyra adasındakı "Atlantis" oteldə nəhəng akvariumlar diqqəti çəkir. Son 30 ildə Dubay Əmirliyi görüntüsünü tamamilə dəyişdirib. Möhtəşəm memarlıq layihələri onu ənənəvi Şərq şəhərindən müasir meqapolisə çevirib. Şeyx Zahid Roud şəhərin ən prestijli küçəsidir. Əkiz qüllələr - "Emirates Touers", Dubay Dünya Ticarət Mərkəzi tanınmış ünvanlardandır. Şəhərin əsas rayonları şərq hissədəki Deyra deyilən ticari və Bar-Dubay kimi tanınan tarixi mərkəzdir.
Ən yaxşı çimərlik Cumeyradır. Giriş pulludur, 5 dirhəm ödəməklə səhər saat 10-dan axşam 10-na qədər sahildə, bəyaz qumsallığın üzərində dənizin və günəşin zövqünü yaşamaq 

REZERVASYON 
  • Иконка Facebook с прозрачным фоном
  • Иконка Twitter с прозрачным фоном
  • White Google+ Icon
  • Иконка Pinterest с прозрачным фоном

📍28-May🚇,Nizami Küçesi  121

 savtour2011@gmail.com

☎(+994 12) 598 28 61
📱(+994 70) 581 47 12
📱(+994 55) 683 47 12
📱(+994 51) 681 47 12 WhatsApp
📱(+90 541) 681 47 12 WhatsApp

 

 

©2021 SAVTour MMC Bütün hüquqlar qorunur.
bottom of page