top of page

AVROPADA İŞLƏR

 

Polşada hansı işləri təşkil edirik?

Pəncərə zavodu, Tikiş fabriki, Metal avadanlıqlarının istehsalı zavodu, Balıq emalı zavodu, ferma, qablaşdırmaların istehsalı üzrə zavod, lampa istehsalı zavodu, geyim fabriki, qida istehsalı zavodlarında fiziki işçilər və köməkçilər, tikinti sahəsində fəhlələr ustalar, oboy ustası, suvaqçı, dülgər, qaynaqçılar, aşbazlar

Qeyd: Ofis tipli və ya müştəri xidmətləri kimi işlər təşkil olunmur. Lakin nəzərə alın ki Polşada iş vizanız olduqdan sonra özünüzün istənilən işi tapıb işləmək icazəniz olacaqdır.

Maaşlar nə qədər olur?

Təxminən 1500-3000 azn arası   (750-1500  avro) 

Maaşlar saat hesabı hesablanır. Əksər işlərdə nə qədər çox saat işləyirsə işçi bir o qədər də çox maaş alır. Sadə işlərdə maaşlar adətən 750-900 avro olur və şirkətdə uzun müddət işlədikcə yüksəlir. Peşə sahibləri (məsələn ustalar) daha yüksək maaşdan başlaya bilirlər işlərə (məsələn 800 avrodan) və vaxt keçdikcə maaşlar qalxır. 

Yaşayış yeri necə olur və aylıq nə qədər xərcim çıxır?

Adətən zavodların yataqxanaları və ya normal kirayə evlərdə qalırlar. Yaşayış yeri şirkət tərəfindən verilir.  Aylıq yemək üçün təxmini xərclər 100-150 avro olur (bunu özünüz ödəyirsiniz)

Hansı viza olur? Vizanı uzatmaq, dəyişmək? Azərbaycana gedib gəlmək mümkündürmü?

1 illik iş vizası verilir. Polşada qalmaq qərarına gəlsəniz, sonra bunu 3 illik oturum kartına çevirmək olar. Bu viza ilə  Azərbaycana istədiyiniz qədər gəlib getmək mümkündür.

Avropanın digər ölkələrinə gedə bilərəmmi?

Bəli, digər ölkələrdə qanuni işləmək icazəniz olmasa da gəzmək üçün Avropanın istənilən ölkəsinə gedib gələ bilərsiniz.

Necə müraciət etmək və nə qədər vaxta düzəlir? Xidmət rüsumu nə qədərdir?

Müraciət etmək üçün xarici pasport və şəxsiyyət vəsiqəsi tələb olunur. Müraciət etdikdən 3-4 ay sonra viza alıb Polşada işləməyə yola düşə bilərsiniz.  Ümumi xidmət rüsumu 1,700 AZN 
Müraciət edərkən 600 AZN ödəniş edilir. Polşadan iş dəvəti gəldikdən sonra yerdə qalan məbləğ ödənilir. Bu məbləğə işin Polşada təşkili, aeroportda qarşılanma və tam viza dəstəyi  daxildir.

Əlavə olaraq təyyərə biletini alırsınız. Təyyarə biletləri təxminən 300-400 avro olur. 

 

Qeyd: İş üçün xüsusi dil biliyi tələb olunmur.

 

 

100 % viza alacağıma zəmanət verilirmi? Sizin şirkətinizə etibar edə bilərəmmi? 

Nəzərə alın ki, Vizaların  alınması Polşadan iş dəvəti göndərən şirkətin keyfiyyətindən asılıdır.Bizim Polşadakı partnyor şirkətlərimizin iş dəvətlərinin qanuni olması və ümumiyyətlə prosesi tam qanuni formada aparmağımız bütün müştərilərimizin  viza almasına böyük rol oynuyur. Vizaya girdiyiniz zaman Səfirlik hansı sənət tələb etsə əlavə olaraq şirkət hamısını təmin edir və arxasında durur. Yəni şirkətə görə 99% imtina gelmir.

Təklif olunan işlər  >>  Faylı BURADAN yükləyə bilərsiniz.

Müraciət etmək üçün xahiş olunur ofisimizə yaxınlaşın.
Ünvan: Nizami küçəsi 189 . Xahiş olunur, gəlməzdən öncə bizimlə əlaqə saxlayıb görüş vaxtı alasınız.

+99451 583 47 12

REZERVASYON 
  • Иконка Facebook с прозрачным фоном
  • Иконка Twitter с прозрачным фоном
  • White Google+ Icon
  • Иконка Pinterest с прозрачным фоном

📍28-May🚇,Nizami Küçesi  121

 savtour2011@gmail.com

☎(+994 12) 598 28 61
📱(+994 70) 581 47 12
📱(+994 55) 683 47 12
📱(+994 51) 681 47 12 WhatsApp
📱(+90 541) 681 47 12 WhatsApp

 

 

©2021 SAVTour MMC Bütün hüquqlar qorunur.
bottom of page