top of page

LONDON 

London-Ingiltərənin paytaxtıdır.Ərazisinin sahəsi-1706,08 kv.km-dir. Əhalisini sayı-8 milyondan çoxdur.Əhalisinin sayına görə dünyada 21-ci yer,Avropada 2-ci yer tutur.London Britaniyanın siyasi,iqtisadi və mədəni həyatında böyükrol oynayır. Şəhərdə beynəlxalq Xitrou hava limanı,dünyada ən böyük çaylardan biri olan Temza çayı,Tauer körpüsü,Trafalqar meydanı və Böyük Britaniyanın fəxri sayılan Biq -Ben saatı burada yerləşir. 
London-alış-verişin mərkəzi hesab olunur.Ən məşhur brendlərin satıldığı mağazaları görmək istəsən West-End rayonuna getməlisən.Hər həftənin dördüncü günü Londonda “Shopping Day” keçirilir.Həmin gün mağazalar gecə yarısına qədər işləyir və alıcılara hədiyyələr təqdim edilir. 
Biq-Ben -dünyada zamanı dəqiq göstərən yeganə saatdır.Britaniyanın rəmzi sayılan bu saata çox vaxt “Müqəddəs Stefan qülləsi” də deyilir.Saatın sağ və sol tərəfində latın dilində “Tanrıya şükür” yazılıb.
Viktoriya və Albert Muzeyi- qəribə dizayna malikdir.Mərmərlə, farforla, bahalı metallarla bəzədilmişdir.Muzeyə giriş pulsuzdur.
Madam Tüsso Muzeyi – mum fiqurlarla doludur.Burada ürəyindən keçən sözləri yazmaq üçün böyük bir dəftər qoyulub.Xatirə olaraq yaza bilərsən.Hətta Şerlok Holmsun evi bu muzeyin düz yaxınlığında yerləşir. 
Britaniya Muzeyi – tarixi kolleksiyalarla zəngindir. Dünyanın ən məşhur muzeyidir.İngilislər bunun varlığı ilə fəxr edirlər.Muzeydə 94 qalereya və mindən çox incəsənət nümunəsi var.Gəzintidən sonra yorğunluğunu atmaq üçün Trafalqar meydanına gedib,canlı musiqi dinləmək möhtəşəm bir zövqdür
Kral Botanika Bağı – Londonun ən görməli yerlərindəndir.Burada 40 mindən çox bitki növü vardır.Ətrafında Çin bağı,daş bağı və iki rəsm qalereyası yerləşir.Bağa giriş böyüklər üçün 7,5 britaniya funtudur.16 yaşından kiçik olan uşaqlar üçün isə giriş pulsuzdur.
Bukingem Sarayı – Turistlərin ən çox görmək istədikləri məkanlardan biridir.Sarayda 661 otaq var.Onlardan 18-i yalnız ilin müəyyən günlərində insanlar üçün açılır.Kraliça öz həyat yoldaşı ilə birgə sarayın şimal hissəsində 12 otaqlı bir guşədə yaşayır.Otaqların mənzərəsi Qrin parka açılır.

REZERVASYON 
  • Иконка Facebook с прозрачным фоном
  • Иконка Twitter с прозрачным фоном
  • White Google+ Icon
  • Иконка Pinterest с прозрачным фоном

📍28-May🚇,Nizami Küçesi  121

 savtour2011@gmail.com

☎(+994 12) 598 28 61
📱(+994 70) 581 47 12
📱(+994 55) 683 47 12
📱(+994 51) 681 47 12 WhatsApp
📱(+90 541) 681 47 12 WhatsApp

 

 

©2021 SAVTour MMC Bütün hüquqlar qorunur.
bottom of page