top of page

PARİS

Paris — Fransa Respublikasının paytaxtı, ölkənin mühüm iqtisadi, mədəni və inzibati mərkəzidir. Fransanın şimalında, İl-de-Frans əyalətində, Sena çayı sahilində yerləşir. Paris böyük beynəlxalq əhəmiyyətə malikdir. Burada UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Beynəlxalq Ticarət Palatasının mənzil qərargahları yerləşir.
Parisin görməli yerləri çoxdur. Bura memarlıq tikililəri, küçə və meydanlar, körpülər və s. aiddir. Bunlardan üçü – Napoleonun sərəncmı ilə 1806-1836-cı illərdə memar Jan-Fransua Şalqrin tərəfindən tikilmiş Zəfər tağı, 1887–1889-cu illər arasında Qustav Eyfelin layihəsi əsasında inşa edilmiş Eyfel qülləsi və XII əsrdə Site adasında tikilmiş Notr-Dam de Pari kilsəsi Parisin simvoluna çevrilmişdir.
Parisdə iki opera teatrı, Opera Qarnye və Bastiliya operası fəaliyyət gostərir. 1875-ci ildə açılan və memarının adı ilə adlandırılan "Opera Qarnye"nin sahəsi 11 237 m² olub dünyanın ən böyük operası sayılır.
1793-cü ildə Fransa krallarının keçmiş iqamətgahında yaradılmış Luvr muzeyi dünyada ən zəngin, 30 000 eksponatdan ibarət kolleksiyaya malikdir. Dünya incəsənətinin şedevrləri sayılan Mona Liza rəsm əsəri və Miloslu Venera heykəli məhz burada saxlanılır.
Luvr muzeyinin şüşəli piramida formasındakı girişi
Muzey Orsay
Pikasso muzeyi
Orse muzeyi 1980-ci illərdə Sena sahilindəki Viktor Lalunun layihəsi əsasında 1900-cü ildə tikilmiş keçmiş Orse dəmiryol vağzalının binasında yaradılmışdır. Muzeyin kolleksiyası fransız impressionistlərinin əsərləri ilə zəngindir.
Pikasso muzeyinin kolleksiyasına 250 əsər daxildir. 1985-ci ildə Parisin Mare məhəlləsindəki 1656-1659-cu illərdə inşa olunmuş Sale malikanəsində yaradılmış və Pablo Pikassonun yaradıcılığına həsr olunmuşdur. Kolleksiyaya əsasən Pikassonun əsərləri və onun özü tərəfindən yığılmış bir çox rəssamın (Jorj Brak, Pol Sezan, Anri Matis, Amadeo Modilyani) əsərləri daxildir.
“Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir...
...Paris əbədidir, və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nəqədər dəyişməsindən, ona yetişməyin nəqədər çətin və asand olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilı geri alırsan. O keçmiş kasıb və xoşbəxt olduğumuz günlərdə də Pais belə idi.”
— Paris, həyat üçün bayramdır, Ernest Heminquey

REZERVASYON 
  • Иконка Facebook с прозрачным фоном
  • Иконка Twitter с прозрачным фоном
  • White Google+ Icon
  • Иконка Pinterest с прозрачным фоном

📍28-May🚇,Nizami Küçesi  121

 savtour2011@gmail.com

☎(+994 12) 598 28 61
📱(+994 70) 581 47 12
📱(+994 55) 683 47 12
📱(+994 51) 681 47 12 WhatsApp
📱(+90 541) 681 47 12 WhatsApp

 

 

©2021 SAVTour MMC Bütün hüquqlar qorunur.
bottom of page